RESTORAN PROQRAMI
AZVAPA Restoran Avtomatlaşdırma Sistemləri (aRAS) sizə bulud (cloud) və ya fiziki server seçimləri ilə müəssisələrin dəyişən tələblərinə uyğun həllər təklif edir. aRAS süni intellekt istifadə edərək çalışan ilk yerli restoran avtomatlaşdırma sistemidir.
20 ilə yaxın zaman ərzində, hər növ restoran, kafe və otellər üçün uyğun idarəetmə sistemi həlləri təqdim edən AZVAPA şirkəti, təcrübəsi və keyfiyyətli məhsulları ilə yüzlərlə bu tip biznes sahələrinin seçimidir. Restoranların avtomatlaşdırılması sistemləri ilə fərq yaradan AZVAPA məhsulları bütün idarəetmə proseslərinizdə işinizi tam avtomatlaşdıraraq asanlaşdıracaq.
aRAS Kafe, market, restoran, otel, şirniyyat evləri, məktəb, kollec, xəstəxana, yeməkxana kimi bir çox satış nöqtələrinə xidmət edir. Bütün masa, otaq, paket sifarişi, rezervasiya və sifariş izləmə proseslərində hər hansı bir yanlışlığın baş verməsini sıfıra endirir. Maliyyə hesabatları, idarəçi hesabatları, loqlama kimi rapaorlarla tam şəffaf idarəetmə və izləmə imkanlarına sahib olursunuz.
Restoran proqramı, yeməkxana proqramı, kafe və əyləncə mərkəzləri üçün proqramlarımızı ödənişsiz olaraq test edə bilmək üçün bizimlə əlaqə yarada bilərsiniz. Demo versiya qurulumu ödənişsizdir və 15 gün bütün funksiyaları tam test edə bilərsiniz.