RESTORAN PROQRAMINDA SİFARİŞİN EFFEKTİV İDARƏ EDİLMƏSİ
Restoran proqram təminatında sifarişin effektiv idarə edilməsi biznesin problemsiz, tez və əlverişli işləməsini təmin edir. Restoran proqramında mükəmməl bir sifarişin gerçəkləşdirilməsi üçün vacib xüsusiyyətlər aşağıda qeyd edilmişdir.
Masanın idarə edilməsi
Masaları və rezervasiyaları idarə etmək üçün sistem çox önəmlidir. Ofisiantlara hansı masaya hansı sifarişin göndərilməli olduğun ən sadə yolla proqram göstərməlidir. Ofisant istər yeni başlayan olsun, istər peşəkar. Hər iki halda proqramın sadəliyi və tez qavranıla bilməsi, həmçinin, ələ yatımlılığı çox vacib amildir.
Sürətli sifariş prosesi
Sürətli və istifadəçi dostu sifariş ekranı dizaynı ilə yanaşı ekrandakı sadəlik və rəng uyğunluğu da dəqiq düşünülməlidir. İstifadəçi qarmaqarışıq rəng içində itməməli və prorama baxarkən yorulmamalıdır. Sifarişləri rahat tapa və menyuların yerin göz yaddaşında asan saxlaya bilməlidir. Menyular arasında asanlıqla filtirasiya edərək lazımlı menyunu sürətlə tapa bilmək də çox vacibdir. Axtarış prosesi elə qurulmalıdır ki, menyu adından bir neçə hərf yazmaq kifayət etsin ki, dəqiq nəticə əldə edilsin.
Fərdiləşdirilə bilən menyular
Menyulara asanlıqla düzəliş edə bilmə və istənilən məlumatın dəyişdirilməsini rahat gerçəkləşdirmək restoran proqramı üçün ilk tələb edilənlərdən biri olmalıdır. Əlavə tərkib variantları və porsiya seçimləri kimi fərdiləşdirmə imkanları mütləq olmalıdır. Menyu adları ilə yanaşı, həm də menyu qruplarını, qiymətlərini, masa və ya çatdırılma üçün təqdim edilə bilməsini, hətta hansı printerdən çap edilə bilməsini dəyişdirmək mümkün olmalıdır.
Proqram alarkən müştərilərin sifarişlərini şəxsi seçimlərinə uyğun olaraq fərdiləşdirmək imkanının olub olmamasını mütləq dəqiqləşdirin. Extra qida və ya ərzaq istəyini menyuya daxil edə bilə, sousu dəyişdirmək kimi modifikasiya seçimlərinin olmasını soruşmaq lazımdır.
İnteqrasiya imkanları
Ödəniş sistemləri, inventarların idarə edilməsi və mühasibat proqramı kimi digər biznes prosesləri ilə inteqrasiya edilərək daha geniş imkanlardan istifadə edilə bilinməlidir. Unutmayın ki, restoran proqramı təkcə sizin müştərilərin məmnun yola salınması üçün nəzərdə tutulmamlıdır. Gün sonunda maliyyə hesabatları və anbar əməliyyatları, işçilərin statistik məlumatları kimi digər vacib hesabatlar da dəqiq və qüsursuz aparıla bilinməlidir.
2008-ci ildən indiyə kimi ARAS restoran proqramı yuxarıda sadalanan funksiyaları və daha çoxunu özündə cəmləyərək sahibkarların istəklərinə tam cavab verəcək səviyyəyə gəlib çatmışdır. Hər gün yenilənən proqramımız ilə gələcək tələbatlar da nəzərə alınaraq kodlaşdırma aparılır. Artıq süni zəka sistemləri kimi müasir sistemlər tərəfimizdən proqrama inteqrasiya edilərək bizə və dəyərli müştəriləriməzə Azərbaycanda ilklərə imza atmaq sevincini yaşadır.
Google üçün etiketlər: bakida en cox istifade edilen restoran proqrami, cek printer, restoran printeri, bar proqrami, kicik restoran proqrami, boyuk restoran proqrami, cox istifade edilen restoran proqrami, kafe proqrami, qida satisi proqrami