Restoranda QR menyu tətbiqi

Restoranlarda kağız menyu istifadəsi artıq dəbdən düşmüş və yerini rəqəmsal olan QR menyulara buraxmışdır. Sorğulardan məlum olur ki, əksər müştərilər getdikləri restoran, kafe və ya əyləncə mərzələrində kağız menyu gördükdə həmin məkan üçün mənfi düşüncədə ola bilirlər.

Bəs QR menyu nədir?

QR menyu (QR menu) otel, restoran, kafe və ya bu kimi digər əyləncə mərkəzlərində müştərilərə elektron formada menyu təqdim etmək üçün istifadə olunan bir texnologiyadır. "QR" sözü (Quick Response codes) baş harflərindən yaranmışdır və bu kodlar bir smartfon kamerası tərəfindən oxunaraq müştəriyə elektron menyuya giriş şansı verir.

QR menyu restoranlar və müştərilər üçün sifariş təcrübəsini modernləşdirmək, həmçinin daha asan, sürətli və təhlükəsiz bir yol təmin etmək üçün yayılan bir texnologiyadır.

QR menü ilə müştərilər:

  • restoran-proqrami-qr-menyuRestoran proqramında yemək və içki menyularını şəkilləri ilə birlikdə görür və rahat sifariş verə bilir
  • Seçdiyi sifarişin hazır olma müddətini, qiymətini, tərkib və allergik məlumatları haqqında ətraflı məlumat əldə edə bilir.
  • Sifarişlərini QR menyu vasitəsilə verərək kağız menyuya təmas etmədən daha təhlükəsiz və hijyenik bir sifariş təcrübəsi yaşayır
  • Ödəniş üçün elektron ödəniş variantlarını istifadə edə bilir (Visa, Master card, Google pay, Apple pay)
  • Restoranın xidməti və yeməkləri haqqında rəylər və geribildirimlər göndərə bilir

 

AZVAPA tərəfindən kodlaşdırılan ARAS restoran proqramı da öz istifadəçilərini müasir QR menyu sistemini ilə təmin edir. Restoranlarda QR menyu tətbiqini istifadə etməklə həm restoran sahiblərinin, həm də müştərilərin işinin səmərəliliyinin atırdığını siz də görmək istəyirsinizsə bizimlə əlaqə yaradaraq ödənişsiz olaraq restoran proqramımızı və qr menyu sistemimizi test edə bilərsiniz.

ARAS proqramı rəqəmsal dünyanızı bir üst verisyaya yüksəldir!