RESTORAN PROQRAMI NƏ ÜÇÜN LAZIMDIR?

Restoranın avtomatlaşdırılması proqramı restoranın gündəlik əməliyyatlarını daha səmərəli və nizamlı şəkildə idarə etmək üçün istifadə edilən proqram təminatıdır. Bu proqram növünün bir neçə məqsəd və tələbləri mövcuddur. Aşağıda qeyd edilmiş modullar şirkətimiz tərəfindən kodlaşdırılmış ARAS (Azərbaycan Restoran Avtomatlaşdırma Sistemi) proqramında uzun illərdir ki, restoranların istifadəsindədir.

 

Sifarişin İdarə Edilməsi:

Müştərilərin sifarişlərini qəbul etmək, mətbəxə ötürmək və bu prosedurları izləmək üçün avtomatlaşdırmanı təmin edir. Bununla da səhv sifarişlərin qarşısı alınır və mətbəxlə xidmət arasında koordinasiyanı təmin edilir. 
 

İnventar İdarəetmə:

Restoranlarda istifadə olunan materialların inventar izlənməsi və idarə edilməsi böyük əhəmiyyət kəsb edir. Avtomatlaşdırma proqramı sayəsində inventardakı materialların sayları izlənilə, sifariş müddətləri təyin oluna və tullantılar minimuma endirilə bilinir.

 

Müştərilərlə Əlaqələrin İdarə Edilməsi (CRM):

Müştərinin məlumatları, üstünlük verdikləri və keçmiş sifarişləri qeyd edilməklə daha çox fərdiləşdirilmiş xidmət təmin edilə bilər. Bu, müştəri məmnuniyyətini artıra bilər.

 

 

Hesablama və Ödəniş Prosesləri:

Restoran proqramları müştəri hesabının düzgün və müdaxiləsiz hesablanmasını və ödəniş proseslərini asanlaşdırır. Müştərilərə daha sürətli və səhvsiz hesab-faktura təqdim edir.

 

Kadrların İdarə Olunması:

İşçilərin izlənməsi, iş saatları, əmək haqqı hesablamaları kimi kadrların idarə edilməsi proseslərini asanlaşdırır.

 

Hesabat və Təhlil:

Satış məlumatları, müştəri statistikası, ən çox seçilən məhsullar kimi məlumatları təhlil edərək iş performansı haqqında məlumat verir. Bu məlumatlar biznesin gələcək strategiyalarını müəyyən etməyə kömək edir.

 

Masa İdarəetmə:

Restoranın masa tərtibatı və rezervasiyaları proqram vasitəsilə asanlıqla izlənilə bilər. Bu, daha mütəşəkkil və effektiv masa idarəçiliyini təmin edir.

 

Menyu İdarəetmə:

Menyu yeniləmələri və dəyişikliklər asanlıqla icra edilə bilər. Xüsusi təkliflər və ya kampaniyalar müştəriyə rəqəmsal olaraq təqdim edilər. Bununla yanaşı müasir QR menyulardan istifadə edərək müştəri birbaşa öz telefonundan menyulara rahat baxa və səmərəli sifariş verə də bilər.

 

Gigiyena və Təhlükəsizlik:

Avtomatlaşdırma proqramları təması minimuma endirməklə kağız menyulardan istifadəni azaltmaqla gigiyena və təhlükəsizliyi təmin edir.

 

Biznes Effektivliyi:

Avtomatlaşdırma kağız üzərində gerçəkləşdirilən prosesləri azaldaraq biznesin səmərəliliyini artırır, kadrlardan və resurslardan daha səmərəli istifadə etməyə imkan verir.

 

Nəticədə, restoranın avtomatlaşdırılması proqramları müəssisələrə daha rasional, səmərəli və müştəri yönümlü xidmət göstərməyə kömək edir. Bu proqramlar restoran biznesini modernləşdirərək rəqabət üstünlüyü təmin edir.