XƏSTƏXANA PROQRAMININ ƏSAS ÜSTÜNLÜKLƏRİ

Xəstəxana Məlumatlarının İdarə edilməsi Sistemi (XMİS) tibbin tələbatıdır. Artıq kağız üzərində arxiv saxlamaq və ya maliyyə hesabatlarını hesablayıcı ilə etmək dövrü çoxdan bitmişdir. Heç bir pasiyent müsir sistemləri olmayan xəstəxanada, nəinki əməliyyat olmaq, hətta adi müalicə belə görmək istəməz.

Beynəlxalq tibdə Hospital Information Management System (HIMS) kimi bilinən XMİS səhiyyənin effektivliyini artıra, iş gedişatını yaxşılaşdıra və xəstələrə qayğını optimallaşdıra bilmək üçün kodlaşdırılmışdır. Xəstəxanaların rəqəmsallaşması üçün istifadə edilən tibbi proqramın aşağıdakı önəmli funksionallıqları mövcuddur.

 

Məhsuldarlıq

Xəstəxana proqramı rezervasiyaların planlaşdırılması, pasiyent bazasının yaradılması, dərman vasitələrinin istifadəsinin izlənməsi və ödənişlər kimi prosesləri avtomatlaşdırmaqla işçilərə vaxt və resurslardan daha səmərəli istifadə etməyə imkan verir.

AZVAPA şirkəti tərəfindən proqramlaşdırılmış ProTibb xəstəxana proqramı ilə xəstəxana, poliklinika, tibbi və estetik mərkəzlər, stomotologiya mərkəzləri, əczanə (aptek), ümumiyyətlə tibbi sektorların idarə edilməsini daha effektiv və qazanclı icra edə bilərsiniz. Tibbi biznesinizin proqram təminatını qarşılamaq üçün 050 444 0 800 nömrəsi ilə əlaqə saxlaya bilər və daha geniş məlumatlar əldə edə bilərsiniz.

 

Xəstə müayinəsində koordinasiya 

Bu proqramlar xəstələrin xəstəlik tarixçələrini, analiz nəticələrini və digər mühüm məlumatları asanlıqla əldə etmək üçün tibb işçilərinə daha yaxşı əlaqələndirilmiş şəkildə işləməyə imkan yaradır.

 

Səhvlərin azaldılması

Kağız üzərində aparılan əməliyyatlarda  səhvlərin olması daha çox baş verir. Bu səhvlərin qarşısını almaq və məlumatların daxil edilməsi zamanı insan səhvlərini minimuma endirmək üçün xəstəxana proqramı mühüm vəzifəni öz üzərinə götürür. Bu da daha dəqiq müalicə planlaşdırması yaratmağa kömək edə bilir.

 

Xərclərin və fakturaların idarə edilməsi

Xəstəxana idarəetmə sistemi maliyyə hesablaşma proseslərinə nəzarət edir, sığorta tələblərini idarə edir və xərcləri daha effektiv izləməyə kömək edir.

 

Məlumatların məxfiliyi

Rəqəmsal sağlıq kitabçaları, protokollar, reseptlər, radiologiya məlumatları və bu kimi digər tibbi məlumatlar təhlükəsiz bir şəkildə yaddaşda saxlanılır və icazəsi olmayan şəxslərdən qorunur. Beləliklə, xəstə məlumatlarının məxfiliyi qorunmaqla yanaşı, həm də, tibb işçiləri tərəfindən asanlıqla əldə edilməsinə  şərait yaranmış olur.

Müalicə və müayinənin təkmilləşdirilməsi

Poliklinika proqramı müalicə protokollarına nəzarət edə, xüsusi xəstəliklər və ya vəziyyətlər üçün tövsiyə olunan ən yaxşı təcrübələri xatırlada və beləliklə, xəstəyə daha yaxşı qulluq göstərə bilinməsinə imkan verir.

Xəstəxanalar avtomatlaşdırma və idarəetmə proqramının təqdim etdiyi bu üstünlüklərlə daha effektiv, səmərəli və xəstəyə yönəlmiş səhiyyə xidmətləri göstərir. Bu proqram təminatı çox vaxt səhiyyə xidmətinin keyfiyyətini yaxşılaşdırarkən, işçi heyətini və resursların idarə edilməsini optimallaşdırmağa kömək edir.