Turniket keçid sistemi

Turniket keçid sistemi əraziyə giriş və çıxışı idarə etmək və icazəsiz girişin qarşısını almaq və ya məhdudlaşdırmaq üçün istifadə olunan təhlükəsizlik sistemidir. Bu sistemlər daha çox  metrolarda, mühafizə tələb edilən iş yerlərində, xəstəxanalarda, oteldə, idman və fitnes, üzçülük mərkəzlərində, yeməkxana, bufet kimi yerlərdə istifadə olunur. 


Giriş Nəzarəti

Turniketlər müəyyən əraziyə daxil olmaq istəyən insanların kim olduqların müəyyənləşdirmək və ya səlahiyyətlərin yoxlamaq üçün istifadə olunur. Proqramlarla birlikdə istifadə edilə bilir. Üz tanıma cihazları, kart oxuyucuları, barmaq izi skanerləri və ya RFID texnologiyası kimi sistemlərlə inteqrasiya olunmaqla, yalnız səlahiyyətli şəxslərin keçidinə icazə verilir.


Təhlükəsizlik

Turniketlər əraziyə icazəsiz girişin qarşısını alaraq təhlükəsizliyi artırır. Xüsusilə məhdud girişi olan ərazilərdə və ya icazəsiz girişin qarşısını almaq üçün xüsusi yerlərdə istifadə olunur.


Ziyarətçilərin idarə edilməsi

Sərgilər, ofis binaları, məktəblər və ya tədbir yerləri kimi yerlərdə ziyarətçiləri qeydiyyata almaq və onlara nəzarət etmək üçün turniketlərdən istifadə edilir. Ziyarətçilərin keçidi üçün xüsusi icazələr və ya müvəqqəti keçidlər vermək mümkünləşir.


Hərəkətin izlənməsi

Turniketlər bir ərazidə insan hərəkətini izləmək üçün də istifadə edilə bilər. Müəyyən əraziyə giriş-çıxışlar qeydə alınaraq, daxil olan insanların sayı nəzarətdə saxlanıla, lazım gəldikdə hesabat verilə bilər.

Bu sistemlər müxtəlif növ ola bilər və istifadə olunacağı yerin tələblərinə uyğun olaraq fərdiləşdirilə bilər. Məsələn, bəzi turniketlər yalnız birtərəfli keçidə icazə verir, digərləri isə ikitərəfli keçidi təmin edir. Bu sistemlərin məqsədi müəyyən bir ərazidə girişə nəzarət etmək və təhlükəsizliyi təmin etməkdir. Bunlarla yanaşı bu cihazlar üçün nəzrədə tutulmuş xüsusi proqramlar mövcuddur ki, həmin proqramlar daha geniş funksiyalar təqdim etməyə köməklik edir. Detallı hesabatlar, giriş, yoxsa çıxışın baş verdiyi, hansı zamanlarda keçidin olması, keçid icazəsi olmayanların cəhdləri kimi hesabatlar bu proqramlar vasitəsiylə alına bilinir. Limitlər təyin edilə bilə və bunların maliyyə tərəfləri hesablana bilər. Bununla yanaşı keçidin müəyyən zamanlarda olması, hətta hər dəfə yalnız 1 keçid imlanının verilməsi, VIP şəxslərin isə limitlərinin olmaması kimi şərtlər proqramların dəyərini artıtır. 

AZVAPA şirkəti olaraq bu sahədə də milli proqram təminatımız olan proqramlarımız mövcuddur. GymPro - İdman və Fitnes mərkəzi avtomatlaşdırma proqramımız, ChefCat - Yeməkxana İdarəetmə Sistemi, İşçi Giriş-Çıxış proqramlarımız yüzlərlər biznes mərkəzində uzun illərdir istifadə edilir. Siz də dəyərli müştərilərimizin sırasına daxil olmaq və biznesinizi müasir sistemlərlə inteqarasiya etmək istəyirsinizsə bizimlər əlaqə yarada və poqramlarımızı ödənişsiz olaraq test edə bilərsiniz.