İDMAN ZALI PROQRAMI NƏDİR?
İdman zalı proqramı və ya fitnes proqramı kimi çoxlarının istifadə etdiyi proqram təkcə bununla yekunlaşmır. Bu tip proqram üzgüçülük mərkəzləri, sauna, spa, futbol stadionları, gözəllik salonları və buna bənzər idman, əyləncə və estetik mərkzələrinin tam avtomatlaşdırılması üçün nəzərdə tutulub. Əsasən proqram kartla keçid sistemlərinin bir alternatividir və müştərilərin balansı hesabına keçid imkanı verir.
CRM nədir? İdman zalı CRM-i hansı işi icra edir?
Müştəri Münasibətlərinin İdarə edilməsi (CRM - Customer Relationship Management) sistemi şirkətlərin bütün müştərilərlə qarşılıqlı əlaqəsini bazaya daxil edərək əldə edilən məlumatlar sayəsində kommersiya əlaqələrini gücləndirmək və qazancı artırmaq üçün istifadə etdikləri texnologiya, strategiya və təcrübələrin eyni arada toplanmasıdır.
İdman zalı proqramı və ya fitnes proqramı bir CRM olmadan təsəvvür edilə bilməz. CRM istifadə edilərək bazaya daxil edilən müştərilərin məlumatları uzun illər serverdə saxlanıla bilinir ki, bu da müştərinin daimi gəlişini və daha geniş imkanların yaradılmasını təmin edir. Cəlbedici kompaniyaların, bonus və hədiyyələrin təşkil edilməsi nəticəsində mövcud müştərilərinizdən əlavə yeni müştərilər də bazanıza daxil edə bilirsiniz. Beləliklə həm müştəri bazanız genişlənir, həm də rəqiblərinizin müştərilərin də öz tərəfinizə çəkərək qazancınızı artırmış olursunuz. Bu əməliyyatları AZVAPA şirkətinin milli proqram təminatı olan GymPro fitnes və idman zalı proqramı ilə tam və effektiv edə bilərsiniz.
Müştəridən hansı məlumatlar alınmalıdır?
İdman zalı və ya fitnes mərkəzlərinin bütün yaş kateqoriyalarından müştəriləri ola bilər. Gözəllik salonu, estetik mərkəzlərdən fərqli olaraq kiçik yaşlılar, hətta körpələr belə üzgüçülük mərkəzlərindən istifadə edə bilir. Məsələn, həkim təyinatı ilə körpə və ya uşağın üzməsi istənilə bilər. Yaxud yaşı 60-ın üzərində olan biri də eyni qaydada üzmək üçün müraciət edə bilər. Belə olan halda aşağıdakı müştəri məlumatları bazaya qeyd edilsə daha uyğun olar:
- Müştərinin ad, soyad və ata adı
- Doğum tarixi
- Cinsi
- Kart nömrəsi
- Telefonları
- Ünvanı
- Foto
GymPro idman zalı və fitnes proqramı nədir?
AZVAPA şirkəti tərəfindən kodlaşdırılan və illərdir idman zalı, fitnes və üzgücülük mərkəzləri, futbol stadionları və bu kimi digər yerlərdə istifadə edilən lisenziyalı proqramdır. Azərbaycanda lisenziyalı idman zalı proqramlarından ilki olaraq müştərilərimizə avtomatlaşdırmanın üstünlüklərini təqdim edir. Təkcə idman zallarının avotomatlaşdırmasın həyata keçirməklə qalmır, həmçinin ARAS ERP (Azərbaycan Restoran Avtomatlaşıdrma Sistemi) proqramımızla inteqrasiyalı işləyərək restoran, otel və xəstəxanalarda da istifadə edilərək öz effektivliyini yüksəldir.