OTEL PROQRAMI

! Otel və Restoran Avtomatlaşıdırma Sistemlərimiz ilə əsrin 1/4 qədər stajımız var.

  • Luna PMS – Bütün növ otellər üçün Otel İdarəetmə Sistemi
  • aRAS – Restoran Avtomatlaşdırma Sistemi
  • ProRes - Yeməkxana idarəetmə proqramı

Otel idarəetmə sistemləri oteldəki bütün idarəetmə proseslərinə nəzarət edən proqram təminatıdır. Klassik mehmanxana idarəetmə sistemlərində otel idarəçiliyinin əsasını təşkil edən ön büro, rezervasiya, otelə giriş-çıxış və faktura kimi proseslərin idarə edilməsi təmin edilir. Bununla belə, sektorun ehtiyaclarına və texnoloji inkişaflara uyğun olaraq, otel idarəetmə sistemləri də dəyişmiş və otel idarəçiliyi ilə birbaşa və ya dolayısı ilə əlaqəli bütün şöbələri və biznes proseslərini idarə edən hərtərəfli proqram təminatına çevrilmişdir. Qabaqcıl otel idarəetmə sistemlərinin əhatə etdiyi bəzi şöbələr və biznes prosesləri (marketinq, tədbirlərin idarə edilməsi, qida və içki, insan resursları və mühasibatlıq) bizim poqram təminatı ilə tam və avtomatlaşdırılmış rejimdə çalışır. Bu departamentlər və proseslərlə bağlı əməliyyatları avtomatlaşdıran otel proqram təminatı biznesinin və personalın səmərəliliyini artırır.


[ PROQRAMIMIZ SİZƏ NƏLƏR TƏQDİM EDİR? ]

Etibarlı və dəqiq maliyyə əməliyyatları və hesabatları ilə bütün əməliyyatları rahat izləyə biləcəksiniz. Qida sektorundakı çatışmamazlıqlarınız olmayacaq. Restoran da daxil olmaqla bütün şöbələrini avtomatlaş rejimdə tam idarə edə və hesabatlarınızı izləyə biləcəksiniz.

Proqramın interfeysi daha gözə yatımlı və məntiqi əməliyyat axarına uyğun düşünülmüşdür. Sağ əl ilə sol qulağınızı qaşıtdıran proqramlardan fərqli olaraq hər bir gərəkli komanda sizin gözünüzün önündədir. Özümüzə kadr axtararkən sadəcə otel işini bilən birini axtarmaq kifayətdir, onun proqramcı olmağına gərək yoxdur.

 Proqrmlar servis tələb edir və gərəkli xidməti proqramı kodlaşdıran şirkətdən alırsınızsa işiniz fasiləsiz davam edəcəkdir. Xarici proqramları alıb saatlarla əcnəbi dildə dərdinizi başa salmaq yerinə milli proqramımızın 7/24 dəstəyi ilə ilk seçimdən qazanclı çıxın.

 Mühasibat proqramları ilə inteqrasiyalı çalışa biləcək üstünlüyə sahibik. Fakturalar, mal alışı, təchizat, inventarlaşdırma, bütün satışlar, geri qaytarma və s. kimi mühasibatlıq əməliyyatları tam avtomatlaşmış rejimdə sizin mühasibatlıq proqramını göndərilə bilinir. Əl ilə heç bir informasiya daxil etməyə lüzum qalmır ki, bu da sizə düzgün hesablaşmalar aparmağa və itgilərdən yayınmağa köməklik edir.

 İstifadəçi və ya idarəçilər üçün xüsusi imkanlar verə bilirziniz. Bütün ekran və funksiyalar istifadəçi üçün açıla və ya bağlana bilir ki, bu da hər kəsin icazəsi olduğu qədər proqramdan istifadəyə köməklik edir. Tam təhlükəsiz işləmə imkanı yaranır.

 Online rezervasiya alma imkanı. Öz rəsmi saytınız, hətta whatsapp, facebook, instagram kimi sosial platformlar üzərindən rezervasiya qəbul edə bilmə kimi modullarla Azərbaycanda bir ilkə imza atmışıq.

#hotelproqrami, #otelproqrami, #proqram, #motelproqrami, #operaproqrami, #otelucunproqram, #hotelucunproqram, #restoranproqrami, #rezervasiyaproqrami, #milliproqram, #muhasibatliq, #muhasibatliqproqrami, #sayimproqrami, #komputerproqrami