PACS NƏDİR? PACS NƏ ÜÇÜN İSTİFADƏ EDİLİR?

Xəstəxanalarda istifadə edilən ultrasəs, tamoqrafiya (MRT, CT), rentgen kimi cihazlar çoxlarına məlumdur. Bu cihazların əsas işi insanın daxili orqanlarının radioloji görüntüsünü alıb xəstəlik səsəblərinin üzə çıxarılmasına köməklik etməkdir. Xüsusən də MRT (Maqnit Rezonans Tomoqrafiyası) və CT (Kompüter tomoqrafiyası) cihazları yüksək dəqiqlikli görüntülər əldə edə bilir. Bu görüntülərin arxivləşdirilməsi, daha sonralar da rahat baxıla bilinməsi, hətta xəstəxana kənarından da sistemə daxil olub izlənə bilinməsi kimi tələbatlar yaranmışdır. Bu baxımdan PACS anlayışı yaranmışdır. Bəs PACS nədir? PACS nə üçün istifadə edilir? Bu məqaləmizdə bu sualların cavabın tapa biləcəksiniz.

 

pacs-xestexana-proqrami

 

PACS nədir?

☢ Picture Archiving and Communication System (PACS) - azərbaycanca görüntülərin arxivləşdirilməsi və əlqələndirilməsi sistemi kimi tərcümə edə biləcəyimiz PACS görüntüləri qeyd edən cihazların (MRT, CT və s.) görüntülərinin tək bir qaynaqdan idarə edilməsini təşkil edir. PACS tibbi görüntülərin saxlanması və bu görüntülərin uyğun şəxslər tərəfindən izlənməsini icra edən sistem və proqram təminarının adıdır. 

 

PACS hansı sahələrdə istifadə edilir?

Daha əvvəllər radioloji görüntülər "plyonka" kimi adlandırdığımız film lentlərinin üzərinə çap edilirdi. Həmçinin bu görüntülərin saxlanması və ya uzaq məsafələrdən izlənə bilməsi mümkün deyildi. Beləliklə kağız əsaslı radioloji görüntülərin aradan qaldırılması işini PACS uğurla gerçəkləşdirdi. Həmçinin bu görüntülərin daha səmərəli saxlanması, hətta başqa region və ya xəstəxanalarda çalışan həkimlərin də bu görüntülərə anında və eyni anda baxa bilməsi kimi yenliyiki PACS tibb dünyasına gətirdi. 

 

Radiologiya üçün PACS mütləqdirmi?

Kağız əsaslı görüntülərin çap edilməsi maliyyəti, bu görüntülərə dünyanın istənilən xəstəxanasından baxmağın mümkün olmaması, həmçinin görüntünün uzun müddət keyfiyyətli saxlana bilinməməsi kimi əsas faktorları nəzərə alsaq sistemin nə qədər önəmli olduğun anlaya bilərik.

 

ProTibb xəstəxana proqramında PACS modulu mövcuddurmu?

AZVAPA tibbi proqram təminatçısı olaraq radiologiya sahəsində də rəqəmsallaşdırma layihələrin icra etmişdir. Milli xəstəxana proqramımız olan ProTibb Xəstəxana Məlumatlarının İdarə edilməsi Sistemi ilə 2008-ci ildən xəstəxana, poliklinika və digər tibb mərkəzlərinin ehtiyacların qarşılayırıq. Təcili tibbi yardım (TTY), laboratoriya, əməliyyatxana, radiologiya, endeskopiya, urologiya, kardiologiya, stomotologiya kimi şöbələr üçün kodlaşdırdığımız modullar ProTibb xəstəxana proqramımızın bir hissəsini təşkil edir.

 

☢ PACS bir radiologiya terminidir. Ancaq bu bir cihaz deyil və heç bir radioloji şüalanma yaratmır.