YEMƏKXANA PROQRAMI - ChefCat ERP

Xəstəxanalar, otellər, universitetlər, məktəblər, bağçalar, tikinti şirkətləri və çox sayda böyük şirkətlər öz işçilərinin qida təminatını qarşılamaq üçün yeməkxana istifadə edirlər. Bu halda iki seçimləri olur. Ya yeməklər öz yeməkxanalarında hazırlanır, yaxud kənardan hazır yemək alışı edilir. Yeməkxana proqramı hər iki halda istifadə edilərək işin avtomatlaşdırılmasın aparmaqla yanaşı, həm də, daha effektli olmasın təşkil edir. 

ChefCat ERP ilə yeməkxanada baş verən bütün əməliyyatlar proqramla əlaqələndirilir. Vahid mərkəzdən bütün biznesin idarə edilməsi proqram tərəfindən icra edilərək sahibkarın işin asanlaşdırır.

chefcat-bufet-proqramiYeməkxana idarəetmə sistemi, ümumiyyətlə, yeməkxananın giriş-çıxışında yerləşdirilən turniket sistemləri, yaxud adi kart oxuyucu ilə birlikdə istifadə olunur. Proqramın istifadəsi çox sadədir və istənilən yaş qurupunda olan insan qısa zamanda proqramı tam mənimsəyə bilir. ChefCat proqramı sayəsində siz işçi və ya müştəri bazası yarada, yemək limitlərini dəyişə və istədiyiniz kimi adambaşına düşən limitləri artıra və ya azalda bilərsiniz. Proqram bütün funksionallığa sahibdir və sizin biznesinizi tam idarə edəcək modullar mövcuddur.

Bu proqramla yeməkxana üçün xərclənən xərcləri şəxs, şöbə və ya ümumi əsasda hesabat verməklə daha asan hesablamaq mümkündür. Təkcə yemək hüquqlarını tənzimləmək üçün deyil, həm də qənaət və israf baxımından əvəzolunmazdır. ChefCat proqramı birdən çox keçid nöqtəsi olsa da, kimin hansı qapıdan hansı saatda keçdiyini və ya nə qədər vaxt yeməkxanada qaldığını göstərir.

yemekxana-proqrami-chefcatYeməkxanaya giriş və çıxışın düzgün aparılması çox önəmlidir. Giriş-çıxış üçün kartla yanaşı QR kod və ya mobil cihazınızdakı NFC kimi müasir sistemlər istifadə edilir. Hər yemək zamanı işçinin yalnız 1 seçimi olmalıdır. Bununla yemək israfına nəzarət mexanizması yaradılmış olur və kənar şəxslərin yeməkxanaya girişi məhdudlaşdırılır. Əgər tələb edilərsə VIP şəxslərin və ya  rəhbər işçilərin isə limitsiz giriş-çıxış və qida istifadəsi mümkün olmalıdır.

Yeməkxana proqramını istifadə edən işçilər təyin edilə bilər və bu işçilərə gərəkli icazələr verilərək proqramın idarəsin vermək olar. Əgər yemək katerinq şirkəti tərəfindən təqdim edilirsə həmin şirkət proqramdan gündəlik istifadə statistikasın email vasitəsiylə əldə edə və öz mühasibatlıq bölməsinə ötürə bilər.

ChefCat ERP 2016-cı ildə AZVAPA şirkətinin proqramcıları tərəfindən kodlaşdırılmışdır. Hal-hazırda 1.2 versiyasına yüksəldilmişdir. Proqramı birbaşa şirkətimizdən və ya digər partnyor şirkətlərdən ala bilərsiniz.

ChefCat yeməkxana proqramı haqqında ətraflı məlumat üçün 050 444 0 800 nömrəsinə zəng edə bilərsiniz.