Fitman – Fitnes və SPA mərkəzləri üçün vahid idarəetmə sistemi
Fitnes mərkəzinizin bütün işini bir ekrandan idarə edin. Fitman – müştərinin giriş-çıxışından maliyyə və analitikaya qədər idman zalı, fitnes, spa və hovuz mərkəzlərinin bütün ehtiyaclarını vahid mərkəzdən qarşılayan inteqrasiya edilmiş idarəetmə sistemidir.
Fitman proqramı və keçid (turniket) sistemi birlikdə inteqrasiya olunaraq idman mərkəzlərinin bütün prosesləri avtomatik rejimdə, səhvsiz və fırıldaqsız işləməsini təmin edir.
Fitman sizə nələr təqdim edir?
🚪 Tam avtomatlaşdırılmış giriş-çıxış sistemi
Müştərinin içəri girişindən çıxışına qədər bütün proseslər avtomatlaşdırılıb. Müştəri kartı / QR kodu / qolbağını cihaza oxudur, sistem abunəliyini yoxlayır, limitini azaldır və turniket açılır – heç bir operator müdaxiləsi yoxdur.
Kart oxuducusu ilə keçid fırıldağı mümkün deyil – giriş zamanı çıxış oxuducusuna kart oxutmaqla və ya digər fırıldaq üsullarla dostlarını "pulsuz içəri salmaq" cəhdləri ağıllı sistem tərəfindən bloklanır.
💳 Abunəlik idarəetməsi – müasir tələblərə uyğun
Bir müştərinin birdən çox abunəliyi – hər giriş zamanı sistem düzgün abunəliyi avtomatik müəyyən edir və yalnız o abunəlikdən limit azaldır
Vaxta görə abunəliklər – həftənin günlərinə, hətta günün saatına görə giriş qaydaları: məsələn, 08:00–14:00 kişilər, 14:00–19:00 xanımlar hovuza giriş edə bilər
Günlük istifadə limiti – hər hansı abunəliyin gün ərzində neçə dəfə istifadə ediləcəyini limitləyin
Endirimlər üçün xüsusi ağıllı mexanizm – süni zəka tərəfindən təsdiqlənməmiş endirimli abunəliklərə mərkəzə girişə icazə vermir
💰 Depozit balansı və maliyyə məzarəti
Müştərilər üçün depozit balansı yaradılır – balansdan istənilən zaman, müxtəlif xidmətlər üzrə ödəniş edilə bilər. Maliyyə və hesabatlar kimi ön ofis sənədləşdirmə və idarəetmə üstünlükləri ilə Fitman yalnız giriş sistemi deyil, tam ofis proqramıdır.
🧑🏫 Məşqçi / treyner ödənişlərinin avtomatik hesablanması
Abunəlik paketinə görə məşqçilərin ödənişləri fərqli faizlər üzrə avtomatik hesablanır – məşqçi hesabatı üçün Excel cədvəlləri ilə vaxt itirməyə ehtiyac yoxdur.
🤖 Süni zəka dəstəkli analitika
AI agentləri sahibkar üçün 7/24 ödənişsiz analitik xidmət verir: doluluq saatları, müştəri davamiyyəti, populyar xidmətlər və gəlir proqnozları – hamısı hazır hesabat formasında.
🔐 Tam təhlükəsizlik və audit
Cloud serverdə daimi yedəklənmə – məlumatlarınız heç vaxt itmir, hətta obyetinizdəki kompüter yansa belə
Tam audit loglama – ödəniş, abunəlik, giriş-çıxış hərəkətləri və bütün düzəlişlər qeydə alınır. İstifadəçi fırıldaqlığı sıfıra enir – kim, nə zaman, hansı cihazdan nə düzəldib, hər şey görünəndir
👍 İstifadəçi dostu interfeys
Əlavə tədrisə ehtiyac olmadan istənilən şəxs proqramı sürətlə öyrənir – resepsiyadakı yeni işçiniz birinci gündən peşəkar kimi işləyir.
Bizim əlavə təklif etdiyimiz imkanlar
📱 Mobil tətbiq ilə uzaqdan nəzarət – mərkəzinizin doluluğunu və gəlirini evdən, tətildən izləyin
📨 Avtomatik xəbərdarlıqlar (SMS/WhatsApp) – abunəliyin bitməsinə yaxın müştəriyə avtomatik xəbərdanlıq: yenilənmələri əl ilə xatırlatmaq lazım deyil
🎁 Loyallıq və referal proqramları – dost-gətir bonusları və paket endirimləri ilə mövcud müştərilərinizi saxlayın, yenilərini cəlb edin
⏳ Doluqluğun real vaxt monitorinqi – ən yüksək dolu saatları görərək məşq qrafiklərini və personal planını optimallaşdırın
🧾 Mühasibat proqramları ilə inteqrasiya – bütün ödənişlər və sənədlər avtomatik mühasibatlıq sisteminə ötürülür
🔗 AZVAPA ekosistemi ilə inteqrasiya – otelinizdə qonaqlarınız fitness/SPA xidmətindən istifadə edirsə, bütün məlumatlar Luna PMS ilə vahid hesabata birləşir
🧑💼 Personal nəzarəti – məşqçilərin iş saatları və iş növbəsi loglarının sistemdə avtomatik izlənməsi
Kimlər üçün?
Fitman geniş tətbiq sahəsinə malikdir:
🏨 Otellərin fitness və SPA mərkəzləri
💪 Fitnes və idman zalları
🏊 Hovuzlar
🧘 Pilates və yoqa mərkəzləri
🌿 SPA və sağlamlıq mərkəzləri
Bir sözlə – idman və fitnes mərkəzinin bütün iş proseslərini tək sistemdə idarə edin.
Niyə Fitman?
✅ Proqram + keçid sistemi: vahid təchizatçı, vahid dəstək
✅ Süni zəka agentləri ilə 7/24 pulsuz analitika
✅ Fırıldaqdan tam qorunma: giriş, ödəniş və düzəliş nəzarəti
✅ Cloud yedəklənmə və tam audit izləri
✅ AZVAPA-nın 25 illik sektor təcrübəsi və 7/24 yerli dəstəyi
Mərkəzinizin idarəetməsini müasirləşdirin – Fitman-i öz mərkəzinizdə sınayın. Bizimlə əlaqə saxlayın və pulsuz demo tələb edin.
📞 Əlaqə: 050 444 0 800 | 📧 office@azvapa.com | WhatsApp
fitnes idarəetmə sistemi, fitnes proqramı, spa idarəetmə sistemi, abunəlik proqramı, turniket giriş sistemi, hovuz idarəetməsi, pilates mərkəzi proqramı, müştəri giriş sistemi, fitness club software, məşqçi hesabatı, Fitman, AZVAPA