Nobel pr. 20, Bakı, Azərbaycan 050 444 0 800 info@azvapa.com

Haqqımızda

AZVAPA - Proqramlaşdırma və IT xidmət mərkəzi

AZVAPA informasiya texnologiyaları sahəsində kompleks həll variantlarını təqdim edən şirkətdir. Şirkət Xəstəxana İdarəetmə Sistemləri, turniket keçid sistemləri, yeməkxana və idman zalları keçid sistemlərinin proqramlaşdırılması, Sistem Arxitekturasının Hazırlanması, IT infrastrukturun qurulması ilə məşğul olur. Elektron cihaz istehsalı və ağıllı idarəetmə sistemlərinin texniki, həmçinin proqram təminatını hazırlayan AZVAPA 2008-ci ildən bu günə qədər çox sayda biznes layihələrini uğurla icra edib. Böyük və orta ölçülü şirkətlərin daxili şəbəkələrinin, serverlərinin, IP telefon sisteminin, təhlükəsizlik kamerlarının qurulmasını da təklif edirik.

Missiyamız
Texnoloji yenilikləri sürətli qavrayan qurupumuzla şirkətlərin informasiya texnologiyalarına olan tələbatlarını təmin etmək, həmçinin İKT üzrə kadrların yetişdirilməsində ön sıraları tutmaq üçün varıq.

Hədəfimiz
Beynəlxalq arenada olan İKT yeniliklərini Azərbaycana gətirmək, böyük şirkətlərin İT xidmətlərini qarşılamaq, milli proqram təminatının və bazasının yaradılmasında tutarlı işlər görmək.

Bizi seçmək üçün səbəbləriniz:
  • Bütün xidmətləri öz sistemimiz və heyətimizlə təmin edirik.
  • Təşkilatların ehtiyacları istiqamətində ən doğru həlli, tək bir markaya bağlı qalmadan, müştərilərimizə təqdim edirik.
  • Bütün heyətimiz öz profili yönündə 11 ildən artıq təcrübəyə və təsdiqlənmiş elmi biliyə sahibdir.
  • Əgər istənilərsə Texniki və Proqramçı təlimçilərimizlə layihələrinizin texniki və ya proqram tədrisini veririk.
  • İKT sahəsində verdiyimiz xidmətlər sayəsində, təşkilatların iş tələbatlarını tək bir nöqtədən həll edə bilirik.
  • Satış sonrası dəstək daxilində, 7 gün 24 saat texniki dəstək zəmanəti veririk.