Azərbaycan (+994) 777 44 3333 office@azvapa.com

Xidmətlərimiz

Xidmətlərimiz müştərinin yüksəlişini, bizim isə uğurlarımızın davamını əks etdirir

  • Proqram təminatının hazırlanması
  • Web layihələr
  • IT infrastrukturun qurulması, şəbəkə xidmətləri
  • Proqramlaşdırma kurslarında kadrların hazırlanması
  • Xüsusi dizaynların və loqoların hazırlanması
  • Domainlərin qeydiyyatı və hosting xidmətləri
  • Kameraların quraşdırılması, video baza yaradılması

Proqram təminatının hazırlanması
Proqram təminatının hazırlanması AZVAPA-nın əsas xidmətlərindən biridir. AZVAPA dövlət və özəl sektorlar üçün sənəd dövriyyəsi və biznes proseduralarının elektronlaşdırılması, həmçinin avtomatlaşdırılması sistemlərini proqramlaşdırmaqda çox sayda layihələr işləmişdir.
Fəaliyyət sahənizə uyğun proqramların hazırlanmasını onlarla kadrlarımızla ən qısa zamanda gerçəkləşdirmək iqtidarındayıq.

Web layihələr
Korporativ stilin yaradılması, brendləşdirmə, ilin üslubuna uyğun dizayn ilə internet saytınızı peşəkarcasına yaradırıq. Biz dizaynın prototipinin hazırlanması və saytınızn proqramlaşdırılması zamanı təşkilatların ehtiyacları istiqamətində ən doğru variantı müştərilərimizə təqdim edirik. Web layihələrinizin təkcə proqralmaşdırılması prosesi deyil, sistem internetdə yayımlanandan sonra da layihənizin inkişafı və sizin karyeranıza uğur gətirəcək dəstəyimizi əsirgəmirik. Bu isə müştərini hədəflədiyi zirvəyə qaldırmağa çox böyük təkan verir.
Axtarış sistemlərində ilk sıralara yüksəlməyiniz, ziyarətçi sayınızın günbəgün artması, sosial şəbəkələrdə populyarlıq qazanmağınız üçün biz 10 ildən çox olan bilik bazamızla sizin yanınızdayıq.

IT infrastrukturun qurulması, şəbəkə xidmətləri
AZVAPA Sistem Arxitekturasının Hazırlanması, İT infrastrukturun qurulması, İT avadanlıqları və kompüterlərin istehsalı ilə məşğul olan dünyanın qabaqcıl şirkətlərindən müasir avadanlıqların təchizini və servis xidmətini müştəri məmuniyyəti ilə reallaşdırır. Böyük və orta ölçülü şirkətlərin daxili şəbəkələrinin, serverlərinin, təhlükəsizlik kamerlarının qurulmasını da sizlərə təklif edirik. Müxtəlif şəhərlərdə yerləşən ofisləriniz arasında əlaqələrin və sistemlərin qurulmasını yüksək keyfiyyət ilə təmin etməyi ixtisaslaşmış kadrlarımıza etibar edin.

Proqramlaşdırma kurslarında kadrların hazırlanması
Java, C, C++, C#, PHP, HTML5, CSS, MySQL, SQLİTE3, SQL proqramlaşdırma dillərini tədris edərək nəinki Azərbaycan, hətta xarici dövlətlərin də informasiya texnologiyaları sahəsinə yüksək bacarıqlı kadrlarının hazırlanmasını təşkil edirik. Bununla yanaşı İT sahə üzrə tədris planına uyğun kurslarımız da tələbə qəbulu həyata keçirir. Kompüterlərin tam texniki təmiri, Əməliyyat sistemləri (Windows, Linux, MacOS), Şəbəkə mühəndisliyi kurslarımız kadr hazırlığı üçün təşkil edilmişdir.

Xüsusi dizaynların və loqoların hazırlanması
Göstərdiyimiz dizayn xidməti ilə loqotiplərin, broşuraların, təqvimlərin, jurnalların qrafik dizaynını təklif edirik. AZVAPA, həmçinin, sərgi stendlərinın, şəhər məkanlarının, interyer və eksteryerlərin dizaynı, eləcə də sənaye və qablaşdırma dizaynı ilə məşğul olur.

Domainlərin qeydiyyatı və hosting xidmətləri
Mərkəzi ABŞ, Almaniya və Türkiyədə yerləşən serverlərdə biznes paketli hostinq xidmətlərimizdən yararlanmaqla kəsintisiz hostinq əldə edə bilərsiniz. 7/24 Müştəri Dəstək Xidməti ilə web layihələrinizin mükəmməl çalışması üçün server admistrasiyasını mükəmməl bilən mütəxəssislərimiz müştərilərə xidmət göstərir.

Kameraların quraşdırılması, video baza yaradılması
Ofis və ya evinizə kamera ilə nəzarət etmə imkanını sizə təklif edirik. Kompüter və ya mobil telefondan istifadə edərək internet vasitəsiylə kamera quraşdırılan məkana nəzarət edə bilərsiniz.