Azərbaycan (+994) 777 44 3333 office@azvapa.com

Google şirkəti Allo və Duo mesajlaşma tətbiqlərini təqdim etdi

Googlenin yeni mesajlaşma və görüntülü görüşmə tətbiqləri Allo və Duo təqdim edildi.
Google, I / O 2016 sərgisində proqram və mobil proqramlar mövzusunda da yeniliklərini paylaşdı. Xatırladaq ki, Allo Duo olaraq adlandırılan mesajlaşma və görüntülü görüşmə proqramları xüsusi şifrələmə və təhlükəsizlik dəstəyi ilə təqdim edilir. 
AZVAPA olaraq onu da nəzərinizə çatdırırıq ki, Whatsapp da  bu həftə içərisində öz yeni şifrələmə sistemini təqdim edərək təhlükəsizlik tədbirləri görmüşdür. Köhnə versiyanı eyeniləməklə bu şifrələmə sistemindən siz də istifadə edə bilərsiz.

İnternet sürətiniz aşağı olsa belə, görüntülü görüşmə edə biləcəyinizi də sərgidə Google əməkdaşları vurğuladı. İndiyə qədər görüntülü görüşmədə Skype proqramına rəqib olan tətbiqlər hələki tam yoxdur. İnanırıq ki, Duo tətbiqi buna nail olmağa çalışacaq.