Azərbaycan (+994) 777 44 3333 office@azvapa.com

Televizor almaq istəyənlərin nəzərinə



Yəqin ki, hər kəsin evində ən azından 1 TV var. Kiminin TV-si qutu şəkilli, digərinin isə LSD və ya TFT ola bilər. Amma mən hələ də LG markalı sadə TV-mi dəyişməkdə tələsmirəm. Niyə? Ona görə ki, yaxın zamanların ən gözəl kəşfi olan lazer TV-lər Sony və Mitsubishi firmaları tərəfindən insanların ixtiyarına veriləcək. Daha yüngül, incə, uzun ömürlü və qənaətli...

Bu yeni televiziyaların bir başqa xüsusiyyəti də ekranlarının şüşə yerinə xüsusi sərt plastikdən çıxarılır olması. Bu sayədə Lazer TV-lər Plazma TV-lərə görə dörddə bir daha incə və yarısı ağırlıqdadır. 

Lazerlərin görə bir başqa müsbəti də uzun ömürlü olmalarıdır. Bilindiyinız kimi, proyektorların lampaları 2 min ilə 4 min saat arası bir ömürə sahibdir. Bir müddət sonra bu tip ekranlarda görünüş sönükləşir və keyfiyyət azalmağa başlayır. Lazer TV-lər üçün biçilən ortalama ömür isə 50 min saat. Plazma TV-lərin bilinən ən böyük mənfi xüsusiyyətlərindən biri çox elektrik enerjisi istifadə etməsidir. Lazer TV bu mənada da üstünlük gətirir. Təxminlərə görə güc istehlakı Plazma TV-lərə müqayisə etdikdə 70% daha aşağıdır. Çin firması SYCOin inkişaf etdirdiyi 120 düym (3 metr) genişlikli Lazer TV ölçü rekordunu əlində tutur. Bu ölçülərdəki bir Lazer TVi alıb kiçik bir kino salonu açmaq belə mümkündür.