Azərbaycan (+994) 777 44 3333 office@azvapa.com

Firefox OS nədir?

Bildiyimiz kimi Android, iOSWindows kimi əməliyyat sistemləri ilə işləyən mobil cihazlar var. Əslində bu cihazlar təkbaşına heç bir funksiyaya sahib deyil. Yəni içərisindəki sistemi (OS - Əməliyyat sistemi) silsək, cihaz adi metal və ya plastik parçasından başqa heçnə deyil. 2015-ci il üçün bir Android, iOS çox məşhurdur. Demək olar ki, ətrafımızda olan insaların telefonunun əksəriyyəti ya Androiddir, yaxud iOSdur. Bəs çoxunuz bilirsinizmi Firefox OS nədir? Firefox veb brauzerini yəqin ki bilirsiz, amma Firefox OS haqqında bu məqalədə məlumat ala biləcəksiz. Bir qısaca Androiddən danışaq. Android hal-hazırda bu məqaləni yazdığım kompüterimdəki əməliyyat sistemi (OS) olan Linuxun bir mobil variantıdır. Linux açıq qaynaq kodlardan olduğuna görə kim istəsə bu kodları dəyişib öz mükəmməl sistemi yarada bilər. Əlbəttə ki, bunun üçün proqramlaşdırma anlayışı, bu işi görmək üçün zaman və bir də ən əsası maaliyə olmalıdır. Siz  Sony, Samsung, HTC, Nexus, LG, ZTE, Huawei kimi telefonların hər birində android olduğun və bu androidin də bir-birindən fərqləndiryin görürüsünüz. Bax Firefox OS də android kimi mobil əməliyyat sistemidir. Bir-birləinə oxşarlıqları ilə yanaşı fərqləri də var. Hər ikisində demək olar ki, proqramlar eynidir. Necə ki, sadaladıqlarım firmaların da fərqli sistemi olmasına baxmayaraq hamımız eyni proqramı yükləyib işlədirik. Çünki proqramcı proqramı yazarkən firma üçün yox, əməliyyat sistemi üçün yazır. Android və Firefox OS qarşılaşdırmasın bu videoda özünüz də görə bilərsiz.