Azərbaycan (+994) 777 44 3333 office@azvapa.com

Bluetooth-un texnologiyası və tarixi

BLUETOOTH

Bluetooth beynəlxalq standartlara uyğun bir simsiz rabitə sistemidir. Bluetooth ilə çox kiçik cihazlar belə uzaqdan simsiz idarə olunub, idarə edilə bilər.

İstehsalçılar sıx bir şəkildə bu texnologiyanı dizüstü kompüter, cib telefonu və mobil aksesuarlarda istifadə edirlər.

Yaranma tarixi
 
1994 ilində Ericsson şirkəti cib telefonları ilə aksesuarları arasında ünsiyyət qura biləcək ucuz və elektrik sərfi aşağı olan bir rabitə texnologiyası fikirini araşdırmağa başladı. Məqsəd narahat, bir-birinə uyğunlaşmayan və tez-tez qəza olan kabelli əlaqələrin yerini tuta biləcək simsiz bir texnologiya inkişaf etdirmək idi.
 
Araşdırmanın müsbət nəticələri ardından 1998 ilində beş şirkət (Ericsson, Nokia, IBM, Toshiba və İntel) "Special Interest Group"u  (SIG) qurdu. Bu qrup irəliləyən aylarda Bluetoothun lisenziya qaydalarını təyin etdi.
 
İndiyə qədər SIGə 3com, Lucent, #Microsoft, Motorola, B&O, Volvo və Sony kimi 1900-dən çox şirkət qatıldı.
 
#Bluetooth adı 10-cu əsrdə yaşamış Viking kralı Harald Blatanddan ilhamlanaraq yaradılmış. Blatand Danimarkacada "Mavi Diş" yəni Bluetooth mənasını verir. Bluetooth texnologiyasının inkişaf etdirilməsində Skandinaviya şirkətlərinin böyük əməyi keçdiyi üçün, o zamanlar Danimarkanı və Norveçi birləşdirib Xristianlaşdıran və Danimarka mədəniyyətinə yeni bir standart gətirən (zəhləm getmiş!) Blatandın adı istifadə edilmiş. Əfsuz ki, bu belədir...
 
Texnologiyası
 
Bluetooth cihazları 2,4GHz ISM (Industrial Scientific Medical Bant) tezliyində işləyir. Bu tezlik kanalı, Fransadan başqa, bütün dünyada hər kəs tərəfindən lisenziyasız istifadə edilə bilər. Başqa tətbiqlər də bu tezliyi istifadə edə bildiyi üçün qarşılıqlı üst-üstə düşmələr ola bilər. Xüsusilə WLAN (kabelsiz şəbəkə) Bluetoothdan pis istiqamətdə təsirlənə bilər. Amma Bluetooth WLANdən təsirlənməməkdədir.
 
Ən çox səkkizə qədər cihaz eyni anda bir-biriylə qarşılıqlı ünsiyyət qura bilər. İstifadə edilə biləcək xidmətlərdən bir neçəsi: audio-Gateway (PC), Network əlaqələri, Faks, qulaqlıq, sinxronizasiya və dizüstü kompüter, ovuc içi kompüter və cib telefonu arasında məlumat mübadiləsi və s.. İmkanlar çox genişdir və getdikcə genişlədilir.
 
İki Bluetooth cihazının bir-biriylə ünsiyyət qurmadan əvvəl qarşılıqlı təyin olunmaları lazımdır. Bunun üçün cihazlar bir Ətəyin etmə rejimi"ndə bir-birini tapmalı və bir "təyin etmə kodu" ilə bağlanmalılar. Beləcə ətrafdakı digər cihazlarla istənməyən əlaqələr də maneə törədilmiş olar. Cihazlar bir-birinə bağlandıqdan sonra kabelsiz məlumat ünsiyyətinin kefini çıxarda bilərsiniz.
 
Bluetooth cihazları üç ayrı məlumat sinifinə ayrılırlar:
 
* Class 1 cihazları ən çox 100 miliwatt güclə işləyirlər və 100 metrə qədər məlumat çatdıra bilirlər.
* Class 2 cihazları ən çox 2,5 miliwattla 30 metrə qədər rabitə qura  bilirlər.
* Class 3 cihazları ən çox 1 miliwattla 10 metrə qədər çata bilirlər.
 
Bluetooth qulaqlıqların çoxu az güc istifadə edən Class 3 sinifində işləyirlər. Digər Classlarda işləyən qulaqlıqlarda telefonla qulaqlıq arasındakı məsafə ümumiyyətlə 10 metrdən az olduğu üçün bunlar da aşağı enerji istehlak edən Class 3 sinifində işləyirlər.
 
Məlumatlar birdən çox sinxron və bir asenkron məlumat kanalından çatdırılır. Sinxron kanallar iki istiqamətdə hər biri 64kBit/s sürətlə işləyir və xüsusilə səs çatdırılması üçün istifadə edilirlər. Asenkron məlumat kanalı bir istiqamətdə ən çox 721kBit/s və digər istiqamətdə ən çox 57,6kBit/s sürətində işləyir. Bu kanalda opsiyonal istifadə edilə bilən simmetrik çatdırma ilə cüt istiqamətli 432,6kBit/s sürət mümkündür. Beləcə Bluetoothun cəmi məlumat tutumu 1MBit/s olur.
 
Təhlükəsizlik
 
Bütün çatdırılan məlumatlar ən çox 128Bitlik kodlaşdırma ilə şifrələnə bilər. Təyin etmə üçün yenə 128Bitlik şifrələmə istifadə edilir. Hər Bluetooth cihazının özünə aid 48Bitlik təyin etməsi var. Beləcə dünya səviyyəsində 281 trilyon cihaz bir-birindən ayırd edilə bilinir.
 
Bluetoothun 10 metrlik rabitə məsafəsi çöldən birinin məlumat çatdırılmasına girməsi üçün cihaza çox yaxınlaşmasını tələb edir. Bu səbəblə Bluetooth çox etibarlı sayıla bilər.