Azərbaycan (+994) 777 44 3333 office@azvapa.com

Amerikanın böyük xəstəxanalarından biri hack edildi

Xestexana

Son zamanlarda artan hack hadisələrinə bir yenisi daha əlavə olundu, ancaq bu hadisə görməyə alışmış olduğumuz siyasi hack hadisələrindən bir az daha fərqlənir. Los Ancelesdə yerləşən Hollywood Presbyterian Medical Center adlı xəstəxana bir neçə gün əvvəl hackerlərin hücumuna məruz qalıb. Hər xəstəxana kimi bu xəstəxana də öz məlumatbazasına sahibdir. Bu məlumatları ələ keçirməyi və xəstəxananın nəzarətini tam ələ almağı bacaran hackerlər xəstəxananın nəzarətini ancaq 3.6 milyon dollara geri verəcəklərini bildiriblər. Hackerlərin xəstəxananın sisteminə sızmalarıyla birlikdə X-ray və MRI nəticələrindən, xəstələrin gördükləri müalicələrə qədər hər şeyin oğurlanmış olduğu düşünülür.
 
Bir #malware (mənfi məqsədli proqram) sayəsində xəstəxananın sisteminə giriş etdikləri müəyyən edilən hackerlər həm də xəstə məlumatlarına olan girişə mane olurlar. Xəstələrin qeydlərini görməyən və onların müayinə prosedurlarını sistemə daxil edə bilməyən həkimlər, hack səbəbindən heç bir xəstəyə kömək edə bilmirlər.