Azərbaycan (+994) 777 44 3333 office@azvapa.com

Twitterin 140 simvolluq məhdudiyyətinə dəyişiklik ediləcək


Twitter-in bu qədər geniş kütlələr tərəfindən mənimsənilməsini təmin edən ən əhəmiyyətli xüsusiyyəti istifadəçilərinin mesajlarını qısa və yığcam ifadələrlə verməsidir. Amma 140 simvol ilə mesaj mətninin  məhdudlaşdırılması, xüsusilə, bəzi linkləri və fotoları bu tweetlərə əlavə etdikdə mesaj simvol sayı azalır və bu da bezdirici olur.
 
Lakin bu vəziyyət yaxın zamanda dəyişəcəyə bənzəyir. AZVAPA-nın Bloombergə istinadən verdiyi  xəbərə görə, sosial şəbəkə URL və şəkillərin tweetlərdəki simvol məhdudiyyətlərinə daxil edilməməsi üçün bəzi addımlar atmağa hazırlaşır.
 
Hal-hazırda linklər və fotolar  tweetlərdə 23 simvola qədər yer tutur. Bu da istifadəçilərin normalda bir tweetlə edəcəyi şeyi birdən çox tweetlə etməsinə, yaxud, nisbətən uzun mətnlərin ekran görüntüsünü alaraq paylaşmalarına səbəb olur.
 
Twitter tərəfindən məsələ ilə bağlı hələ ki, rəsmi bir açıqlama gəlməsə də, sosial şəbəkənin bu sahədəki məhdudlaşdırmaları ləğv etmə və ya dəyişdirmə kimi məsələləri müzakirə etməyə başladığı aydındır. İlkin olaraq link və fotoların tweetə daxil edilməməsi də biz istifadəçilərin gözlədiyi yenilikdir.

#140tweet, #azvapa#tweet, #twitter