Azərbaycan (+994) 777 44 3333 office@azvapa.com

Windows 10 kompüterimizi viruslardan qoruyurmu?



#Windows 8, Microsoftun təhlükəsizlik sahəsində atdığı mühüm addımlardan biri idi. Digər Windows distributivlərinə görə çox daha etibarlı olan Windows 8 təəssüf ki çox uzun ömürlü ola bilmədi. Ancaq Microsoft Windows 8 ilə qazandığı təhlükəsizlik təcrübəsini Windows 10-a daşıyarkən daha da inkişaf etdirəcək kimi görünür.

Əvvəlcə şifrəli təhlükəsizlik sistemlərinin zəif nöqtələrini aradan qaldıracaq olan Windows 10, normal şifrələrlə birlikdə ikinci bir doğrulama addımı daha tələb edəcək. Bu doğrulama addımları biometrik yoxlama da ola bilər. Yəni barmaq izinizlə kompüterinizi daha təhlükəsiz hala gətirə biləcəksiniz. Ancaq barmaq izi istifadəsi, yalnız barmağın üzərindəki izlərin iki ölçülü qəbulu deyil, bütün barmağın üç ölçülü qəbulunu tələb edəcək. Beləcə qopmuş bir barmaq və ya kopyalanan barmaq izləri işə yaramayacaq. Artıq filmlərdən gördüyünüz qoparılmış barmaqlarla bank yarmağa və ya harayasa roket atışına siz də baxıb istehza ilə güləcəksiniz.

Kompüteri açmaq üçün cib telefonuyla təhlükəsizliyinizi bir pillə artıra biləcəksiniz. Beləcə telefonla eyniləşən PC, telefon üzərindəki təhlükəsizlik etabları keçildikdən sonra istifadəçiyə açılacaq.

Ayrıca kompüterə icazəsiz daxil olmaq istifadəçinin bütün məlumatlarına sahib olmağa şans verməyəcək. Linuxda olan bu üstün funksiyanın Windowsda da tətbiq edilməsi sevindiricidir. PC içində üç ayrı bölüm olacaq. Bunlardan biri Windows bölümü. Digəri iş və ya xüsusi faylların saxlandığı bir bölüm. Digəri isə virtual məlumatların yer alacağı ayrı bir təhlükəsizlik hissəsi olacaq.

Windowsun öz nüvəsi belə bu üç hissəyə birdən müdaxilə edə bilməyəcək. Bu səbəbdə trojan bir proqram, birdən çox hissəyə giriş edə bilməyəcək, sistem bunun pis məqsədli bir proqram olduğunu anında dərk edəcək.

Virtual məlumatların toplandığı Virtual Secure Mode (VSM) ayrı əməliyyat sistemi kimi çalışacaq və Windowsdan müstəqil olaraq bütün lazımi təhlükəsizlik əməliyyatlarını təşkil edəcək. Bu hissəyə müdaxilə etməyə çalışan bir proqramın da pis niyyətli olduğu ortaya çıxacaq. VSM-ə bulaşmadan kompüterdə fəaliyyət göstərməyə çalışan trojan  proqramlar isə asanca oylanabiləcək və uzun ömürlü ola bilməyəcəklər.

Deyəsən Windows Linux qarşısındakı çatışmamazlıqlarını aradan qaldırmaq niyyətindədir. Unux əsaslı olmayan bir sistemin nə dərəcədə buna qadir olacağını deyə bilmərik, amma ən azından təhlükəsizlik cəhədən atılan addımların sevindirici olmasını #AZVAPA adından bildirmək istərik.