Azərbaycan (+994) 777 44 3333 office@azvapa.com

İranın atom stansiyalarına sızan virus



Bildiyiniz kimi Amerka Birləşmiş Statları və İsrail kimi bir çox "hegemon" dövlət  İranın nüvə fəaliyyətinin əleyhinədir. Bu həm real həyatımızda, həm də virtual həyatda özünü açıq-aydın göstərir. Yəqin ki, illər sonra da çoxları üçün "Stuxnet" adının böyük maraq doğruracağı qaçınılmazdır.

2010-cu ildə ABŞ və İsrail proqramistlərinin birgə hazırladığı Stuxnet adlı soğulcan virusu İranın nüvə stansiyalarında aşkarlandı. İranın Buşehr və Natanz çəhərində yerləşən nüvə stansiyalarında aşkarlanan bu virus çox ciddi sıxıntılar yaratdı. Stuxnetin sənaye nəzarət sistemlərinin və xarici dünyaya bağlantısı olmayan sistemlərin də hədəf ola biləcəyini sübut edən kiber təhlükəsizlik mövzusunda əhəmiyyətli bir yerə sahibdir.  Bu virusdan qorunmanın ən təsirli yolu isə əməliyyat sisteminizi daima son yeniləmələrlə təmin etməkdən və biznes əsaslı son versiya antiviruslardan istifadə etməkdən ibarətdir.

Onu da xatırladım ki, Stuxnet virusundan təkcə İran deyil bir çox ölkə təsirlənmişdir. Azərbaycanda da bu virusa bulaşma halları çox olmuşdur. İran 58.85%, İndoneziya 18.22%, Hindistan 8.31%, Azərbaycan 2.57% və Pakistanda 1.28% bu virusa bulaşan kompüter olmuşdur. Maraqlısı odur ki, virusu proqramlaşdıran ABŞ da öz tələsinə düşmüşdür. ABŞ-da 1.56% virusun yaayılması statistikaya məlumdur :)

Mənbə: www.azvapa.com