Azərbaycan (+994) 777 44 3333 office@azvapa.com

Haqqımızda

AZVAPA - Proqramlaşdırma və İ.T. xidmət mərkəzi

AZVAPA informasiya texnologiyaları sahəsində kompleks həll variantlarını təqdim edən, həmçinin milli proqramlaşdırma resursunun yaradılmasında qabaqcıl sıralarda olan və gələcək proqramlaşdırma kadrlarının hazırlanmasını təşkil edən bir şirkətdir. Şirkət istənilən Proqam Təminatının proqramlaşdırılması, Sistem Arxitekturasının Hazırlanması, İT infrastrukturun qurulması ilə məşğul olur. AZVAPA proqram təminatının işlənib hazırlanmasını, İT avadanlıqları və kompüterlərin istehsalı ilə məşğul olan dünyanın qabaqcıl şirkətlərindən müasir avadanlıqların təchizini və servis xidmətini təqdim edir. Böyük və orta ölçülü şirkətlərin daxili şəbəkələrinin, serverlərinin, təhlükəsizlik kamerlarının qurulmasını da təklif edirik.

Java, C, C++, C#, PHP, HTML5, CSS, MySQL, SQLİTE3, SQL proqramlaşdırma dillərini tədris edərək nəinki Azərbaycan, hətta xarici dövlətlərin də informasiya texnologiyaları sahəsinə yüksək bacarıqlı kadrlarının hazırlanmasını təşkil edirik. Bununla yanaşı İT sahə üzrə tədris planına uyğun kurslarımız da tələbə qəbulu həyata keçirir. Kompüterlərin tam texniki təmiri, Əməliyyat sistemləri (Windows, Linux, MacOS), Şəbəkə mühəndisliyi kurslarımız kadr hazırlığı üçün təşkil edilmişdir. Kurslarımız avropa təhsil sistemi üzərində qurulmuşdur. Dərslər xüsususi tədris planına uyğun və etablarla aparılır. Tədrisin müəyyən etablarında sınaq imtahanları, sonunda isə yekun imtahan götürülür. Hər bir tələbə bal hesabı ilə qiymətləndirilir. Online Qeydiyyat üçün buraya daxil ola bilərsiniz.

Missiyamız
Texnoloji yenilikləri sürətli qavrayan qurupumuzla şirkətlərin informasiya texnologiyalarına olan tələbatlarını təmin etmək, həmçinin İKT üzrə kadrların yetişdirilməsində ön sıraları tutmaq üçün varıq.

Hədəfimiz
Beynəlxalq arenada olan İKT yeniliklərini Azərbaycana gətirmək, böyük şirkətlərin İT xidmətlərini qarşılamaq, milli proqram təminatının və bazasının yaradılmasında tutarlı işlər görmək.

Bizi seçmək üçün səbəbləriniz:
  • Bütün xidmətləri öz sistemimiz və heyətimizlə təmin edirik.
  • Təşkilatların ehtiyacları istiqamətində ən doğru həlli, tək bir markaya bağlı qalmadan, müştərilərimizə təqdim edirik.
  • Bütün heyətimiz öz profili yönündə 5 ildən artıq təcrübəyə və təsdiqlənmiş elmi biliyə sahibdir.
  • Əgər istənilərsə Texniki və Proqramçı təlimçilərimizlə layihələrinizin texniki və ya proqram tədrisini veririk.
  • İKT sahəsində verdiyimiz xidmətlər sayəsində, təşkilatların iş tələbatlarını tək bir nöqtədən həll edə bilirik.
  • Satış sonrası dəstək daxilində, 7 gün 24 saat texniki dəstək zəmanəti veririk.