FBI Applenin sistemini hack etdi

iPhone 5C ve iOS 9-un açıqlarından yararlanan FBI qeyri-qanuni yolla sistemə girdiyi üçün təbii ki, məsuliyyət daşıyır. Ancaq məsələ bununla bitmir, Apple firması hələ də FBI-dan bunu necə etdiyini öyrənə bilmir.
Dünyanın ən məşhur ağıllı telefon istehsalçısı olan Apple istifadəçi məlumatlarının oğurlanmasına səbəb olan təhlükəsizlik açıqlarının yalnız iOS 9 və iPhone 5C ikilisindən olduğunu önə sürərək brendini qorumağa çalışır.
İcra heyətinin sədri Tim Cook FBI ilə əməkdaşlıq etdikləri istiqamətindəki iddiaları qəti olaraq rədd edərkən Amerika dövlətinin Apple şirkətindən ağla sığmaz tələblər tələb etdiyini də gizlətmir.
AZVAPA olaraq bu problemlərin yaranmaması üçün bəzi məsləhətlərimizə əməl etməkdə fayda olduğunu düşünürük. Ümumilikdə məlumatlarınızın qorunması üçün ilk əsas şərt Apple Store-dən kənar proqramların yüklənməməsinə çalışın. Bununla yanaşı, sistemə gələn bütün yenilikləri güncəlləyin (Update). Həmçinin whatsapp kimi yazışma proqramlarında məxfi məlumatlarınızı kimsəyə yazmayın.
Bütün bu sadaladıqlarımızı digər sistemli (Android, Blackberry) telefonlarda da etməyiniz məsləhətlidir.